“Femida Könüllüləri” Təşkilatı 2023-cü ilin sentyabr ayında bir qrup könüllünün təşəbbüsü ilə fəaliyətə başlamışdır. Təşkilatın yaranmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, habelə ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir. Məhkəmə-hüquq sahəsində könüllülük fəaliyyəti fərdin, cəmiyyətin və ümumilikdə, hüquq sisteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
“Femida Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası məhkəmələrində könüllük” proqramı üzrə könüllülər fəaliyyət göstərdikləri müddət ərzində yeni bilik və bacarıqlar qazanmaq, dünyagörüşlərini daha da artırmaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edirlər. Femida könüllüsü olmaq istəyən şəxslərin qeydiyyatı və müsahibəsi Təşkilat tərəfindən təşkil olunur. Könüllülük fəaliyəti 2 pillədən ibarətdir:
◊ Step I Məhkəmə-hüquq sistemində könüllülük proqramının ilk pilləsidir. Bu pillədə gənclər, müsahibədən uğurlu keçdikləri halda I instansiya məhkəmələrində könüllülük fəaliyətinə cəlb edilirlər. 3 aylıq könüllülük müddətində gənclər 30 gün dəftərxana və ictimai zonaya aid, növbəti 60 gün ərzində isə hakim yanında müəyyən edilmiş işləri görərək məhkəmə tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkilinə köməklik göstərəcəklər. Könüllülər I instansiya məhkəmələrində dəftərxana və ictimai zonada vətəndaşların qarşılanması, nümunələr əsasında iddia ərizələrinin yazılmasına kömək göstərilməsi, vətəndaşların məhkəmə zallarına yönləndirilməsi, həmçinin məhkəmə hakiminin yanında protokolların, qətnamələrin yazılması kimi müxtəlif proseslərdə iştirak edirlər.
◊ Step II Məhkəmə-hüquq sistemində könüllülük proqramının ikinci pilləsidir. Step I pilləsinin qiymətləndirilməsini uğurla başa vuran gənclər yuxarı instansiya məhkəmələrində 3 aylıq könüllülük fəaliyyətinə davam etmək hüququ əldə edirlər. Step II pilləsi seçim meyarları aşağıdaki kimidir:
◊ Qiymətləndirmə nəticəsi 81 bal və yuxarı olan gənclər - Ali Məhkəmə, Apellyasiya Məhkəmələri və Məhkəmə-Hüquq Şurasında fəaliyyət göstərə bilərlər (öz istəkləri üzrə);
◊ Qiymətləndirmə nəticəsi 80 və daha aşağı olan gənclər - Apellyasiya məhkəmələri və Məhkəmə-Hüquq Şurasında fəaliyyətlərini davam etdirirlər.
Hər bir mərhələ üzrə könüllülər qiymətləndirmə nəticələrinə müvafiq dərəcə sertifikatlarla təmin edilirlər. Sonda qiymətləndirmə nəticəsinə müvafiq olaraq könüllülər aşağıdaki qaydada sertifikatlaşdırırlar:
◊ 90-100 bal - I dərəcəli sertifikatla;
◊ 80-90 bal - II dərəcəli sertifikatla;
◊ 79 və daha aşağı bal toplayan könülllülər isə III dərəcəli sertifikatla təmin edilirlər. Könüllülük fəaliyyətinin müddəti hər bir mərhələ üzrə 3 ay nəzərdə tutulmuşdur.
Bu müddət ərzində könüllülər həftədə 4 gün növbəli şəkildə (I növbə: 09:00 - 13:00; II növbə: 14:00 - 18:00) ictimai zona və məhkəmə hakiminin yanında çalışırlar.
Namizədlərə dair tələblər:
● 17-25 yaş aralığında gənclər;
● Ali təhsil müəssisəsinin bakalavr (magistr) pilləsində təhsil alan və ya təhsilini başa vurmuş şəxslər;
* İşarəsi ilə qeyd edilmiş bəndlər mütləq doldurulmalıdır.