"DİVAN" Milli Məhkəmə Simulyasiyası
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” – Milli Məhkəmə Simulyasiyası hüquqşünas gənclərin nəzəri və praktiki biliklərini artırmaq, onların natiqlik, detallarla işləmə, sübutetmə və inandırma bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan müsabiqə platformasıdır. Layihənin əsas məqsədi gənc hüquqşünasların bilik və bacarıqlarını genişləndirmək, onların peşəkar hüquq mütəxəssisi kimi formalaşmasına töhfə verməkdir. Layihə nəticəsində iştirakçılar Azərbaycan məhkəmə sisteminin, xüsusən də birinci instansiya məhkəməsinə müraciət qaydaları, məhkəmə prosesinin gedişatı və iddianın qəbuledilənlik meyarları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Daha ətraflı