Femida TV
Femida Könüllüləri Təşkilatı tərəfindən Femida TV onlayn platforma təsis edilib. Femida TV-nin məqsədi hüquqi maarifləndirmə işinin aparılması, gənc hüquqşünasların, o cümlədən digər gənclərin hüquq sahəsində çalışan mütəxəssislərlə kommunikasiyasının möhkəmləndirilməsi, onların bu sahədə peşəkar fəaliyyətə marağının daha da artırılmasıdır. Bu çərçivədə Femida TV tərəfindən #hakim, #vəkil və digər sahədə fəaliyyət göstərən hüquqşünasların iştirakı ilə podkast və digər xarakterli müxtəlif videoçarxların yayımlanması nəzərdə tutulur.“Femida TV” layihəsinin I-ci buraxılışının qonağı Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimi, Hakimlər İttifaqının İdarə Heyətinin üzvü Abiddin Hüseynov olub.
“Femida TV” layihəsinin II-ci buraxılışının qonağı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aida Hüseyn olub.
“Femida TV” layihəsinin III-cü buraxılışında Könüllülərlə iş və Layihələrin idarə edilməsi departamentlərinin rəhbərləri Könül Cabbarlı və Nigar Qurbanlı təşkilatın fəaliyyət istiqamətləri və strukturu haqqında məlumat veriblər.
Femida TV layihəsinin növbəti buraxılışı Vəkillik modulu üzrə fəaliyyət göstərən Femida Könüllülərinə həsr edilib.
“Femida TV” layihəsinin "Ər-arvadın birgə mülkiyyəti və onun bölüşdürülməsi" mövzusuna həsr olunmuş növbəti buraxılışının qonağı vəkil Xəyalə Cəfərova olub.
“Femida TV” layihəsinin "Azərbaycanda Arbitraj hüququ: Gələcək perspektivlər" mövzusuna həsr olunmuş növbəti buraxılışının qonaqları Kəmalə Mehtiyeva və Toğrul Quluzadə olub.
Femida TV layihəsinin yeni rubrikasının növbəti buraxılışında "İstintaq" filmini fərqli baxış bucağından müzakirə etdik.
Femida TV layihəsinin “Müstəntiq necə olmalıdır?” mövzusuna həsr olunmuş növbəti buraxılışının qonağı Əməkdar hüquqşünas İkram Kərimov olub.
Femida TV layihəsinin “Xaricdə hüquq təhsili, peşəkar inkişaf və karyera planlaması” mövzusuna həsr olunmuş növbəti buraxılışının qonağı Unibank Hüquq və təşkilati işlər departamentinin direktoru, IV “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Məmmədxanlı olub.