Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xətai Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Fuad Axundov tərəfindən “Cəzanın növləri” mövzusunda təlim keçirilib.

Təlim zamanı könüllülərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza anlayışı, məqsədləri və cəza növləri haqqında ətraflı məlumat verilib. Hakim Fuad Axundov həm nəzəri, həm də praktiki izahlarla cəza institutunun tətbiqi qaydaları, cəzaların fərqləndirilməsi və məhkəmə təcrübəsində rast gəlinən hallardan danışıb.

Görüş interaktiv müzakirələrlə davam edib, könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar hüquqi biliklərini artırmaqla yanaşı, məhkəmə proseslərində cəza institutunun əhəmiyyətini daha dərindən mənimsəyiblər.