Layihələr

"Legal MeetUp" Platforması

“Femida Könüllüləri” Təşkilatı, könüllülərin hüquqi-nəzəri biliklərinin artırılması və onların peşəkarların təcrübələrindən faydalanması məqsədilə “Legal Meetup” platformasına start verir.“Legal Meetup” layihəsi çərçivəsində, Femida Könüllüləri mütəmadi olaraq, hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşlər keçirəcək, onların nəzəri bilikləri ilə yanaşı peşəkar təcrübəsi ilə də yaxından tanış olma şansı əldə edəcəklər.

20 fevral 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "LegalMeetUp" layihəsi çərçivəsində ilk görüş keçirilib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov könüllülərlə öz təcrübəsini bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.



09 aprel 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "LegalMeetUp" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva təsisatın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.Ölkəmizdə gənclərin inkişafı və #könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən Müvəkkil təsisatın fəaliyyətində könüllülərin də iştirak etdiyini, onların Aparatın müxtəlif struktur bölmələrində təcrübə prosesinə cəlb olunduğunu vurğulayıb. Ombudsman həmçinin öz təcrübəsi haqqında könüllülərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.




24 aprel 2024-cü il tarixində "Femida Könüllüləri" Təşkilatının "Legal Meetup" platformasının növbəti qonağı Anar Bağırov olub.

Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.  Görüş çərçivəsində Anar Bağırov öz təcrübəsini bölüşüb və könüllüləri maraqlandıran suallara cavab verib.

Bundan əlavə,görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.Memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün ARVK və “Femida Könüllüləri” Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin ARVK-nın Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.




03 iyun 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "LegalMeetUp" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə iştirak edən Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Elmi-məsləhət şurasının üzvü Əsəd Mirzəliyev könüllülərlə öz təcrübəsini bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.




05 iyul 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "LegalMeetUp" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı,  Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət  quruculuğu, Təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitələrinin üzvü, Azərbaycan Respublikası Məhkəmə-Hüquq  Şurasının və Azərbaycan Respublikasının Baș prokuroru yanında  Elmi-Məsləhət Şurasının üzvü, MDB Parlamentlərarası  Assambleyasının Sosial məsələlər və insan huquqları komissiyasının sədri Nizami Səfərov könüllülərə beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq sahəsi üzrə aktual mövzular haqqında diskussiya aparmış və öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.




08 iyul 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "LegalMeetUp" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü və Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü Səadət Bəktaşi hüquq sahəsində aktual mövzularda könüllülərlə birgə diskussiya aparmış və öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.




27 avqust 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının “Legal Meetup” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

İkram Kərimov 1978-1987-ci illərdə Bakı şəhər Xəzər rayonu prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi, 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışmış, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olmuşdur. Hal-hazırda İkram Kərimov Azərbaycan Respublikasının Bank Ombudsmanı, Vəkillər Kollegiyasının üzvü və Kollegiyanın Ağsaqqallar Şurasının sədri olaraq fəaliyyət göstərir. İkram Kərimov “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Tərəqqi” və “Əmək veteranı” medallarına layiq görülmüşdür. Görüş çərçivəsində İkram Kərimov öz təcrübəsini bölüşüb və Femida Könüllülərini maraqlandıran sualları cavablandırıb.




16 oktyabr 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının “Legal Meetup” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilidir (Ombudsman). Görüş çərçivəsində Günay Rzayeva öz təcrübəsini bölüşərək, təsisatın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib, Femida Könüllülərini maraqlandıran sualları cavablandırıb.



21 yanvar 2025-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının “Legal Meetup” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov hazırda Mediasiya Şurası İdarə Heyətinin Sədri vəzifəsini icra edir. Həmçinin, o, 2021-ci ildən etibarən BMT-nin Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü olaraq fəaliyyət göstərir. Görüş çərçivəsində Nadir Adilov öz təcrübəsini bölüşüb və Femida Könüllülərini maraqlandıran sualları cavablandırıb.


Digər layihələr