Dəyirmi Masa
Femida Könüllüləri üçün "Dəyirmi Masa" layihəsi elan edilir! "Dəyirmi Masa" layihəsi çərçivəsində Femida Könüllüləri müvafiq mövzular ətrafında müxtəlif ölkələrin qanunvericiliklərini, presedent hüquqlarını və beynəlxalq konvensiyaları müqayisə edərək real kazuslara tətbiq etmə şansı əldə edəcəklər! Müzakirələr zamanı könüllülər fərqli ölkə qanunvericilikləri ilə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin plenum qərarlarını peşəkar hüquqşünaslarla birgə diskussiya edə biləcəklər."Femida Könüllüləri" Təşkilatının "Dəyirmi Masa" layihəsinin I buraxılışının qonaqları Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova və Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasov olub.
“Ştat ixtisarı” mövzusunda keçirilən maraqlı müzakirənin nəticəsində, Femida Könüllüləri müxtəlif ölkələrin qanunvericiklərini,presedent hüquqlarını və beynəlxalq konvensiyaları mübahisə edərək, real kazuslara tətbiq ediblər. Görüşün sonunda hakimlər, öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıblar.
“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş II buraxılışının qonağı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Korporativ Hüquq departamentinin rəhbəri Nurlan Mustafayev olub.
“Beynəlxalq Hüquqda Mülkiyyət Hüququ: Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan-Ermənistan Dövlətlərarası İddiaları” mövzusunda keçirilən maraqlı müzakirənin nəticəsində, Femida Könüllüləri müxtəlif ölkələrin qanunvericiklərini, presedent hüquqlarını və beynəlxalq konvensiyaları mübahisə edərək, real kazuslara tətbiq ediblər. Görüşün sonunda Nurlan Mustafayev, öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.