I Daxili Debat Müsabiqəsi
Femida Könüllüləri üçün I Daxili Debat Müsabiqəsi elan edilir! "Femida Könüllüləri” Təşkilatı və Debat Vətəndaş Cəmiyyətinin (Vətəndaş Cəmiyyətində Debat IB) əməkdaşlığı ilə hüquqşünasların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, onlarda natiqlik, tənqidi düşüncə və eyni zamanda araşdırma qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Daxili Debat Müsabiqələrinin həyata keçirilməsi nəzərdə tutulur.Cari ilin 20 iyul tarixində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi baş tutub.
“Ədalət mühakiməsi zamanı qərar vermə prosesində süni intellektin istifadəsi effektivdir” mövzusunda aparılan gərgin, maraqlı və yaddaqalan mübarizənin nəticəsində 4 komanda : “Kadr 25”, “Enigma”, “Konstitusiya 47” və “Legalit”yarımfinal mərhələsində iştirak üçün vəsiqə qazanıblar.İlkin mərhələnin sonunda Femida Könüllüləri Nərmin Həsənzadə, Aydan İsmayılova, Nilufər Məmmədli, İmanov Elnur və Hacıyev Yusif “Ən yaxşı natiq” adına layıq görülüblər.
Cari ilin 26 iyul tarixində Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Daxili Debat Müsabiqəsinin yarımfinal və final mərhələsi baş tutub.
“Ədalət mühakiməsi zamanı qərar vermə prosesində süni intellektin istifadəsi effektivdir” mövzusunda aparılan gərgin və yaddaqalan mübarizənin yarımfinal mərhələsində 4 komanda - “Kadr 25”, “Enigma”, “Konstitusiya 47” və “Legalit” yarışıb. Nəticədə "Enigma” və “Konstitusiya 47” komandaları final mərhələsində iştirak üçün vəsiqə qazanıb.Final mərhələsində təsdiq mövqeyində “Enigma” komandası, inkar mövqeyində isə “Konstitusiya 47” komandası çıxış edib. Nəticə olaraq, “Enigma” komandası mübarizədə qalib gəlib.Sonda hər iki komandaya müvafiq olaraq “Çempion” və “Finalist” sertifikatları, medallar və qalib komandaya kubok verilib.Qeyd edək ki, ilkin mərhələnin sonunda “Ən yaxşı natiq” adına layiq görülən Femida Könüllüləri Nərmin Həsənzadə, Aydan İsmayılova, Nilufər Məmmədli, Elnur İmanov və Yusif Hacıyev sertifikat və medallarla təltif ediliblər.
Cari ilin 7 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi baş tutub.
“Sənaye şirkətlərinin ətraf mühitə zərər vurmağa görə hüquqi məsuliyyətə cəlb olunması zəruridir” mövzusunda aparılan gərgin, maraqlı və yaddaqalan mübarizənin nəticəsində 2 komanda : “Dominus Luris” və “Peace” final mərhələsində iştirak üçün vəsiqə qazanıblar.