Layihələr

"Legal Ring" intellektual yarışması

“Femida Könüllüləri” Təşkilatı tərəfindən könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların hüquqi bilikləri və dünyagörüşlərinin artırılması məqsədilə “Legal-Rinq” intellektual yarışması həyata keçirilir.

27 noyabr 2023- cü il tarixində “Femida Könüllüləri” Təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Legal Ring” intellektual yarışması həyata keçirilmişdir.

Yarışda müxtəlif instansiya məhkəmələrindəki könüllüləri təmsil edən 6 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizədən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyət göstərən könüllülərdən ibarət "United Brains" komandası yarışın qalibi olub.  Sonda I, II və III yerləri tutan komandalara mükafatlar təqdim edilib.




11 may 2024-cü il tarixində "Femida Könüllüləri" Təşkilatı tərəfindən könüllülər üçün “Legal Ring - Yaz 2024” intellektual yarışması təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş yarışın keçirilməsində məqsəd Ümummilli Liderin həyat və yaradıcılığının gənclər arasında təbliği, könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub.Müxtəlif instansiya məhkəmələrində fəaliyyət göstərən cari  və məzun Femida könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Rule of Law” komandası qalib gəlib.
Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.




09 sentyabr 2024-cü il tarixində "Femida Könüllüləri" Təşkilatı tərəfindən könüllülər üçün “Legal Ring - Yay 2024” intellektual yarışması təşkil olunub.

“Legal Ring - Yay 2024” yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub.  Müxtəlif instansiya məhkəmələrində və vəkillik modulu üzrə fəaliyyət göstərən cari  və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Law Fellowship” komandası qalib gəlib.  Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.




28 dekabr 2024-cü il tarixində "Femida Könüllüləri" Təşkilatı tərəfindən könüllülər üçün “Legal Ring - Payız 2024” intellektual yarışması təşkil olunub.

“Legal Ring - Payız 2024” yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub. Müxtəlif instansiya məhkəmələrində və vəkillik modulu üzrə fəaliyyət göstərən cari  və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Legendae Victorii” komandası qalib gəlib. Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.




10 mart 2025-cü il tarixində "Femida Könüllüləri" Təşkilatı tərəfindən könüllülər üçün “Legal Ring - Qış 2024” intellektual yarışması təşkil olunub.

Yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub. Müxtəlif instansiya məhkəmələrində, vəkillik və ədliyyə modulu üzrə fəaliyyət göstərən cari və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Spartans” komandası qalib gəlib. Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.



Digər layihələr