Layihələr

"ArbiTrain" seriya təlimləri

"Femida Könüllüləri" Təşkilatı tərəfindən gənc hüquqşünaslar arasında ölkədə yeni növ hüquq peşələrinin təbliği məqsədilə təşkil edilmiş "ArbiTrain" layihəsi start götürür. Layihə çərçivəsində Femida könüllüləri arbitraj hüququ sahəsində ilkin anlayış və prinsiplər haqqında məlumat öyrənəcək, "Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yaxından tanış olacaqlar. Bununla yanaşı, könüllülər həm cari arbitraj prosesləri, həm də gələcək ixtisas seçimi ilə bağlı məlumatlar əldəetmə şansı qazanacaqlar.

21 fevral 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "ArbiTrain" layihəsi çərçivəsində ilk təlim keçirilib.

Təlimin ilk qonağı Azərbaycan Arbitraj Assosiyasının prezidenti, Paris-East Créteil (UPEC) və Paris 1 Panthéon-Sorbonne Universitetlərində professor, Paris Vəkil Bürosunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elmi-Məsləhət Şurasının üzvü Kamalia Mehtiyeva könüllülərə arbitrajın əsas prinsip və mahiyyəti, “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun əlaqəli müddəaları haqqında ətraflı məlumat verib, bu sahədə öz təcrübələrini bölüşüb.




05 mart 2024-cü il tarixində “Femida Könüllüləri” Təşkilatının "ArbiTrain" layihəsi üzrə növbəti təlimi keçirilib.

Təlimin qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktoru, ADA Universitetinin müəllimi, Beynəlxalq Vəkillər Kollegiyasının Azərbaycan üzrə məruzəçisi, Niderland Krallığı Leyden Universitetinin Hüquq fakültəsinin tədqiqatçısı və London Beynəlxalq Arbitraj Məhkəməsinin arbitrı Toğrul Quluzadə olub.O, könüllülərə arbitrajın növləri, beynəlxalq arbitrajın praktikada nümunələri və arbitraj zamanı tətbiq olunan maddi hüquq normaları haqqında ətraflı məlumat  verib, öz təcrübələrini bölüşüb.Daha sonra təlim könüllülərlə qarşılıqlı müzakirə formatında davam etdirilib.




29 aprel 2024-cü il tarixində “Innoland” İnkubasiya və Akselerasiya mərkəzində “Femida Könüllüləri” Təşkilatının "ArbiTrain" layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Kəmalə Mehdiyeva, Azər Əliyev və Toğrul Quluzadənin iştirakı ilə “Arbitraj haqqında qanun - Ümumi müddəalar və beynəlxalq standartlar” mövzusu ətrafında panel müzakirə həyata keçirib. Müzakirə daha sonra iştirakçıların sual-cavabları ətrafında interaktiv formada davam etdirilib. Sonda layihədə uğurla iştirak edən könüllülərə Kəmalə Mehdiyeva, Azər Əliyev, Toğrul Quluzadə, Mahir Məlikov və Nilgün Məmmmədova tərəfindən sertifikatlar təqdim edilib.




17 mart 2025-ci il tarixində “Femida Könüllüləri” Təşkilatının "ArbiTrain" layihəsinin II-ci buraxılışının çərçivəsində növbəti təlim keçirilib.

"Femida Könüllüləri" Təşkilatı tərəfindən gənc hüquqşünaslar arasında ölkədə yeni növ hüquq peşələrinin təbliği məqsədilə təşkil edilmiş “ArbiTrain” layihəsinin II-ci buraxılışının ilk qonağı Nazlı Əhmədova olmuşdur. Nazlı Əhmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biznes Hüququ Komitəsinin sədri, “Apex Advisors” hüquq şirkətinin təsisçisidir. “İxtisaslaşmış arbitrajın əsas növləri və xüsusiyyətləri” mövzusuna həsr olunmuş ilk təlim çərçivəsində könüllülər ixtisaslaşmış arbitrajın əsas növləri, onların spesifik xüsusiyyətləri, hüquqi əsasları və tətbiq mexanizmləri barədə ətraflı məlumatlar əladə ediblər. Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.


Digər layihələr