Xəbərlər

Xarici dil klubunun növbəti məşğələsi

Xarici dil klubunun növbəti məşğələsi baş tutdu!

Femida könüllülərinin iştirakı ilə keçirilən məşğələdə iştirakçılar ingilis dilində praktik danışıq fəaliyyətlərində aktiv iştirak etdilər. Məşğələ zamanı sağlam həyat tərzi, şəxsi xüsusiyyətlər və dostluq münasibətləri mövzuları ətrafında fikir mübadiləsi aparıldı. İnteraktiv tapşırıqlar vasitəsilə iştirakçılar ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə etdilər.