Xəbərlər

Ümumrespublika gəncləri arasında "Legal Ring" yarışı keçirildi- II hissə

14 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı keçirilib.

İlkin mərhələ, 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olan bu yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdir.

Yarışın nəticələrinə əsasən, “Law defender” komamdası birinci yerə, “Etirazçılar” komandası ikinci yerə, “Law fellowship” komandası isə üçüncü yerə layiq görüldü.