Sabunçu Rayon Məhkəməsində "Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Sabunçu Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Qətimkan tədbirləri” mövzusunda təlim keçirilib. Təlim hakim Samirə Məmmədli tərəfindən keçirilib.
Təlim zamanı qətimkan tədbirlərinin anlayışı, növləri, tətbiq edilmə əsasları və prosessual qaydaları nəzəri və praktiki yanaşmalar əsasında təhlil olunub. Eyni zamanda bu tədbirlərin seçilməsi zamanı nəzərə alınmalı hallar, məhkəmə nəzarəti və qüvvədə olan qanunvericiliyə uyğun tətbiq mexanizmləri barədə məlumat verilib.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda könüllülər qətimkan tədbirlərinin cinayət prosesindəki əhəmiyyətini və onların praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.