Xəbərlər

Qəbələ Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Qəbələ Rayon Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Qəbələ Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər. 

Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Qəbələ Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.