Xəbərlər

“Philip C. Jessup” Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsində iştirak edən könüllülərimizin uğuru

“Femida Könüllüləri” Təşkilatının könüllüləri Qarabağ Universitetini təmsil edən komandanın tərkibində “Philip C. Jessup” Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsində iştirak edirlər.

Qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr müsabiqə çərçivəsində ölkəmizi Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində təmsil edirlər.

Könüllülərimizi bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayırıq.