Xəbərlər

“Məktəblinin Hüquq Bələdçisi” layihəsi

“Konstitusiya və Suverenlik” ili çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi ölkə üzrə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

08 may 2025-ci il tarixində layihə çərçivəsində Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyəti və bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından əhəmiyyəti barədə məlumat verilmişdir.

Təlim zamanı iştirakçılara narkotik maddələrin növləri, orqanizmə və psixikaya vurduğu zərərli təsirlər, narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsuliyyət və narkomaniyanın ailə və cəmiyyət üçün yaratdığı sosial-psixoloji problemlər, eləcə də narkomaniyadan qorunmaq yolları, profilaktik tədbirlərin əhəmiyyəti və mövcud psixoloji və hüquqi dəstək mexanizmləri barədə məlumat verildi.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.