Xəbərlər

“Məktəblinin Hüquq Bələdçisi” layihəsi

“Konstitusiya və Suverenlik” ili çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi ölkə üzrə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

06 may 2025-ci il tarixində layihə çərçivəsində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyəti və bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından əhəmiyyəti barədə məlumat verilmişdir.

Təlimdə tələbələrə internetdə məlumatların təhlükəsizliyinin təmin olunması, sosial şəbəkələrdən istifadə zamanı diqqət edilməli məqamlar, şəxsiyyət və maliyyə məlumatlarının qorunması üsulları, habelə kibercinayətkarlıq halları və onlara qarşı hüquqi müdafiə mexanizmləri barədə geniş məlumat verilmişdir.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.