Masallı Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Masallı Rayon Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Masallı Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.