Xəbərlər

Lənkəran Ağır Cinayətlər Məhkəməsində könüllülərin sertifikasiyası

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Lənkəran Ağır Cinayətlər Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsini icra edən Cavid Səfərli könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər. 

Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.