“Kəngərli və Partnyorları” Vəkil Bürosunda könüllülərin sertifikasiyası
“Kəngərli və Partnyorları” Vəkil Bürosunda fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli və hüquq elmləri doktoru, vəkil Mayis Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər fevral-may ayları ərzində “Kəngərli və Partnyorları” Vəkil Bürosunda fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.