Gəncə Apellyasiya Məhkəməsində Femida Könüllülərinin sertifikasiyası
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Gəncə Apellyasiya Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimləri baş tutub.Mərasimdə iştirak edən Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla Gəncə Apellyasiya Məhkəməsində intensiv proqram çərçivəsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.
Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.




