Femida Könüllüləri üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Binəqədi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Rəşad Qoşqarlı tərəfindən təlim keçirilib.“Mülki işlərə məhkəmədə baxılması qaydası və prinsipləri” mövzusuna həsr olunmuş təlim zamanı Femida Könüllüləri daxil olmuş ərizələrin elektron sistem vasitəsilə qeydiyyatı və hakimlərə paylanılması, məhkəmə tərəfindən icraata götürülməsi, məhkəmə baxışına hazırlıq prosesində və məhkəmə baxışında həll olunan hallar, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi və bu aktın qüvvəyə mindikdən sonra icrası barədə ətraflı məlumat əldə ediblər. Real məhkəmə işləri əsasında aparılan təhlillər və interaktiv sual-cavab sessiyası sayəsində könüllülər mövzu ilə bağlı daha geniş təsəvvür qazanıblar.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.