Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi üzrə Sumqayıt Şəhər Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Samir İsmayılov tərəfindən təlim keçirilib.

“Azyaşlılar və qadın subyektlər kontekstində cinayət-hüquqi məsuliyyət məsələləri” mövzusuna həsr olunmuş təlim zamanı Femida Könüllüləri azyaşlı və qadın şəxslərlə bağlı cinayət işlərində tətbiq olunan hüquqi mexanizmlər, məhkəmə təcrübəsi və həmin kateqoriyaya aid şəxslərin müdafiə hüquqları barədə ətraflı məlumat əldə ediblər. Real məhkəmə işləri əsasında aparılan təhlillər və interaktiv sual-cavab sessiyası sayəsində könüllülər mövzu ilə bağlı daha geniş təsəvvür qazanıblar.

Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.