Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xətai Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Şəhriyar Əliyev tərəfindən “Birgə mülkiyyət və paylı mülkiyyət hüququ" mövzusunda təlim keçirilib.

Təlim zamanı könüllülərə pay bölgüsünün hüquqi əsasları, məhkəmə icraatında tətbiqi qaydaları, işlərin məhkəmə baxışına hazırlanması və yekun qərarların qəbul olunması ilə bağlı ətraflı məlumat təqdim olunub.

Sessiya çərçivəsində real kazusların həlli üzrə interaktiv müzakirələr aparılıb və könüllülərin sualları cavablandırılıb. Bu yanaşma iştirakçıların mövzunu həm nəzəri, həm də praktiki baxımdan daha dərindən mənimsəməsinə şərait yaradıb.