Xəbərlər

Femida Könüllüləri üçün təlim

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Femida Könüllüləri” Təşkilatının həyata keçirdiyi “AI4LAW – Hüquqda süni intellektin istifadəsi üzrə təlim modulu” layihəsi üzrə sonuncu təlim, süni intellekt və generativ texnologiyalar sahəsində ixtisaslaşmış, yerli və beynəlxalq tədbirlərdə çıxış etmiş mütəxəssis Ümid Salayevin təqdimatında keçirildi.

“Chatbotların hüquqda praktik tətbiqi və alətlərin istifadə olunması” mövzusuna həsr olunmuş təlim zamanı iştirakçılar chatbot texnologiyalarının hüquqi xidmətlərin avtomatlaşdırılmasında tətbiq imkanları, süni intellektin hüquqi məsləhət proseslərinə inteqrasiyası, eləcə də etik və hüquqi risklər barədə ətraflı məlumat əldə etdilər. 

Təlimdə həmçinin müxtəlif chatbot platformaları və alətləri üzərində praktik nümunələr göstərildi, iştirakçılar real ssenarilər əsasında interaktiv məşğələlərdə iştirak etdilər.

Sonda iştirakçılarla müzakirələr aparıldı, suallar cavablandırıldı və AI texnologiyalarının hüquqi sahədə gələcək potensialı ilə bağlı fikir mübadiləsi oldu.