Femida Könüllüləri regionlarda
“Femida Könüllüləri” Təşkilatının “Legal MeetUp” platformasının Gəncə, Şəmkir, Tovuz, Göygöl Rayon Məhkəmələrində fəaliyyət göstərən Femida Könüllüləri üçün xüsusi buraxılışının qonağı Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev olub.



Görüş çərçivəsində Xəqani Tağıyev öz təcrübəsini iştirakçılarla bölüşüb, həmçinin Femida Könüllülərini maraqlandıran sualları cavablandırıb.