“Femida Akademiya” layihəsi çərçivəsində “Cinayət işləri üzrə məhkəmə təcrübəsi” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Qəbələ Rayon Məhkəməsində hakim Nərgiz Abbaszadə tərəfindən Femida Könüllüləri üçün “Cinayət işləri üzrə məhkəmə təcrübəsi” mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı cinayət işlərinə baxılmasının prosessual xüsusiyyətləri, cinayət mühakimə icraatının əsas prinsipləri, sübutların qiymətləndirilməsi, məhkəmə baxışının mərhələləri, hökmün qəbul edilməsinin hüquqi əsasları, habelə hakimlərin qərar qəbul edərkən nəzərə aldıqları mühüm məqamlar iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində rast gəlinən aktual hüquqi məsələlər, cinayət işləri üzrə formalaşmış məhkəmə praktikası və müxtəlif kazuslar əsasında praktiki nümunələr ətraflı şəkildə izah edilmişdir.
Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.