Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “Mülki məhkəmə icraatında iddianın qaldırılması” mövzusunda təlim

“Femida Akademiya” layihəsi çərçivəsində vəkillik modulunun STEP I mərhələsi üzrə Arbitrium Vəkil Bürosunda vəkil Fəridə Qurbanova tərəfindən Femida Könüllüləri üçün “Mülki məhkəmə icraatında iddianın qaldırılması” mövzusunda təlim keçirilmişdir

Təlim zamanı mülki məhkəmə icraatında iddianın qaldırılmasının hüquqi əsasları, iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələbləri, iddianın məhkəməyə təqdim edilməsi qaydası, aidiyyət və aidiyyat məsələləri, eləcə də iddiaçı və cavabdehin prosessual hüquq və vəzifələri iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, iddia ərizəsinin qəbulundan imtina və ya geri qaytarılması halları, praktikada rast gəlinən hüquqi məsələlər və məhkəmə təcrübəsində formalaşmış yanaşmalar nəzəri və praktiki aspektlərdə izah edilmişdir.

Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.