Xəbərlər

"Femida Akademiya” layihəsi çərçivəsində “Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər” mövzusunda təlim

"Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Lənkəran Rayon Məhkəməsində hakim Elmir Murquzov tərəfindən Femida Könüllüləri üçün “Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər” mövzusunda təlim keçirilmişdir.

 Təlim zamanı xüsusi icraat qaydasında baxılan işlərin anlayışı və xüsusiyyətləri, xüsusi icraat üzrə işlərin digər mülki işlərdən fərqləndirən əsas cəhətləri, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin növləri, ərizələrin verilməsi və işlərə baxılması qaydaları, sübutların təqdim edilməsi və qiymətləndirilməsi, habelə məhkəmə aktlarının qəbul edilməsi ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində xüsusi icraat qaydasında baxılan işlərlə bağlı rast gəlinən aktual hüquqi məsələlər və müxtəlif kazuslar əsasında praktiki nümunələr ətraflı şəkildə izah edilmişdir.

 Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülərin xüsusi icraat qaydasında baxılan işlərlə bağlı nəzəri və praktiki bilikləri möhkəmləndirilmişdir.