“Femida Akademiya” layihəsi çərçivəsində “Kommersiya mübahisələrinin məhkəmə aidiyyəti və baxılma xüsusiyyətləri” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP II mərhələsi üzrə Gəncə Apellyasiya Məhkəməsində hakim Rüfət Məcidov tərəfindən Femida Könüllüləri üçün “Kommersiya mübahisələrinin məhkəmə aidiyyəti və baxılma xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir.Təlim zamanı kommersiya mübahisələrinin anlayışı və hüquqi mahiyyəti, kommersiya mübahisələrinin məhkəmə aidiyyəti, kommersiya məhkəmələrində işlərin qaldırılması və baxılması qaydaları, tərəflərin prosessual hüquq və vəzifələri, sübutların təqdim edilməsi və qiymətləndirilməsi, iddianın təmin edilməsi tədbirləri, habelə məhkəmə baxışının əsas xüsusiyyətləri iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində rast gəlinən müxtəlif kommersiya mübahisələri, aktual hüquqi məsələlər və praktiki kazuslar əsasında nümunələr təhlil edilərək iştirakçılarla müzakirə olunmuşdur.
Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.
