“Femida Akademiya” layihəsi çərçivəsində “İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri və inzibati məhkəmə nəzarəti” mövzusunda təlim
Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov tərəfindən “İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri və inzibati məhkəmə nəzarəti” mövzusunda təlim sessiyası keçirilib.Sessiya çərçivəsində inzibati orqanların qəbul etdiyi qərarların məhkəmə nəzarətinin predmetinə çevrilməsi, inzibati məhkəmələrin nəzarət imkanları və məhkəmə nəzarətinin diskresion səlahiyyətlərin qanuni və əsaslı həyata keçirilməsinin təmin edilməsində rolu müzakirə olunub.
Təlim zamanı iştirakçılara praktiki nümunələr təqdim edilib, inzibati orqanların diskresion səlahiyyətlərindən istifadə etdiyi müxtəlif situasiyalar təhlil olunub. Həmçinin inzibati qərarların hüquqi əsaslandırılması, məhkəmə tərəfindən belə qərarların qiymətləndirilməsi və inzibati orqanların səlahiyyət hədlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.



