“Femida Akademiya” layihəsi çərçivəsində “Hərbi cinayətlər və onların hüquqi nəticələri” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminov tərəfindən Femida Könüllüləri üçün “Hərbi cinayətlər və onların hüquqi nəticələri” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı hərbi cinayət anlayışı və növləri, hərbi cinayətlərin hüquqi tərkibi, bu əməllərə görə nəzərdə tutulmuş cinayət-hüquqi məsuliyyət, hərbi qulluqçuların hüquq və vəzifələri, habelə hərbi cinayətlərin araşdırılması və məhkəmə baxılmasının prosessual xüsusiyyətləri iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində rast gəlinən aktual hüquqi məsələlər, hərbi cinayətlər üzrə formalaşmış məhkəmə praktikası və müxtəlif kazuslar əsasında praktiki nümunələr ətraflı şəkildə izah edilmişdir.
Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.

