Xəbərlər

Əməkdaşlıq üçün müsahibələr

“Femida Könüllüləri” Təşkilatının "İnsan resurslarının idarə edilməsi və təlim", “Layihələrin idarə olunması”, "Könüllülərlə iş" və "İctimaiyyətlə əlaqələr" departamentləri üzrə əməkdaşlıq üçün müraciət etmiş namizədlərlə müsahibələrə start verilib.

Müsahibələrin keçirilməsində əsas məqsəd təşkilatın fəaliyyət istiqamətləri üzrə peşəkar və motivasiyalı şəxslərin komandaya cəlb edilməsidir.

Müsahibələr zamanı iştirakçılar müvafiq sahə üzrə biliklərini nümayiş etdirir, praktiki situasiyalara yanaşmalarını izah edir və təşkilatın dəyərlərinə uyğunluqları nəzərdən keçirilir. Eyni zamanda, namizədlərin liderlik keyfiyyətləri, təşəbbüskarlıq bacarıqları və sosial məsuliyyətə münasibətləri də qiymətləndirilir.