Binəqədi Rayon Məhkəməsində "Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Binəqədi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və paylı mülkiyyət” mövzusunda təlim keçirilib. Təlim hakim Rəşad Qoşqarlı tərəfindən keçirilib.

Təlim zamanı birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejimi, bölünməsi qaydaları və paylı mülkiyyət məsələləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda tərəflərin hüquq və vəzifələri ilə bağlı əsas hüquqi məqamlar barədə məlumat verilib.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzunun əsas məqamlarını daha aydın şəkildə mənimsəyiblər.