Xəbərlər

Biləsuvar Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi və Şəki İnzibati Məhkəməsində Femida Könüllülərinin sertifikasiyası

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Biləsuvar Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi və Şəki İnzibati Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimləri baş tutub.

Mərasimlərdə iştirak edən Biləsuvar Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi və Şəki İnzibati Məhkəməsinin sədrləri Rəfayil Əliyev, Bəxtiyar Məmmədov və Rüstəm Kərimli könüllülərin fəaliyyətini yüksək qiymətləndiriblər və onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla Biləsuvar Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi və Şəki İnzibati Məhkəməsində intensiv proqram çərçivəsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.