Nərimanov Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimiBakı Şəhəri Nərimanov Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmənin sədri Həbib Həsənov və “Femida Könüllüləri” Təşkilatının sədr müavini Rəfael Məhərrəmli çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.