Xəbərlər

Yasamal Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Yasamal Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində Yasamal Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.