Xəbərlər

Xəzər Rayon Məhkəməsində Femida Könüllülərinin sertifikasiyası

Xəzər Rayon Məhkəməsində STEP I fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev və məhkəmə hakimi Ramilə Xəzri könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər cari ilin fevral-may ayları ərzində Xəzər Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.