Xəbərlər

Xarici dil klubunun ilk məşğələsi

Xarici dil klubunun ilk məşğələsi uğurla başa çatdı!

Layihə çərçivəsində Femida könüllülərinin iştirakı ilə interaktiv müzakirə formatında ilkin görüş keçirilmişdir. Görüş zamanı iştirakçılar ingilis dilində praktiki danışıqlarda iştirak etmiş, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparmış və interaktiv tapşırıqlar vasitəsilə ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişlər.