Xəbərlər

"Legal-Rinq" intellektual yarışması təşkil olunub

"Legal-Rinq" intellektual yarışması.

"Femida Könüllüləri" Təşkilatı könüllülərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi, onların həm hüquqi-nəzəri məlumatlarının, həm də dünyagörüşlərinin artırılması üçün müxtəlif seminarlar, təlimlər və intellektual yarışlar həyata keçirməyə davam edir.Bu məqsədlə cari ilin 25 noyabr tarixində Təşkilat tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubilieyinə həsr olunmuş "Legal-Rinq" intellektual yarışması həyata keçirilib.

Yarışda müxtəlif instansiya məhkəmələrindəki könüllüləri təmsil edən 6 komanda iştirak edib.

Gərgin və maraqlı keçən mübarizədən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyət göstərən könüllülərdən ibarət "United Brains" komandası yarışın qalibi olub.

Sonda I, II və III yerləri tutan komandalara mükafatlar təqdim edilib.