Xəbərlər

“Themis Academy” layihəsi çərçivəsində təlim

03 - 05 may 2025-ci il tarixlərində müxtəlif modullar üzrə fəaliyyət göstərən könüllülər üçün "Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Themis Academy” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı Röya Həkimzadə tərəfindən “İnzibati məhkəmə icraatı qaydasında işin qaldırılması və baxılan iddialar” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.

Təlim zamanı iştirakçılar inzibati məhkəmə icraatının hüquqi əsasları, inzibati icraata dair qanunvericiliyin tətbiqi mexanizmləri, iddia qaldırılması prosesində nəzərə alınmalı olan ümumi və xüsusi mümkünlük şərtləri, eləcə də məhkəmə praktikasında daha geniş tətbiq olunan iddia növləri haqqında ətraflı məlumat əldə ediblər.

Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.