Sumqayıt Şəhər Məhkəməsində könüllülərin sertifikasiyası
Sumqayıt Şəhər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər 2024-2025-ci ilin noyabr-may ayları ərzində Sumqayıt Şəhər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.