Xəbərlər

STEP I mərhələsi üzrə müsahibə mərhələsi davam edir

“Femida Könüllüləri” Təşkilatının Naxçıvan nümayəndəliyi tərəfindən start götürülən ədliyyə və məhkəmə modullarının STEP I mərhələsi üzrə müsahibə mərhələsi davam edir.

Femida könüllüsü olmaq üçün qeydiyyatdan keçmiş hər bir namizəd müsahibə mərhələsinə dəvət edilir. 

Qeyd edək ki, müsahibə mərhələsini uğurla başa vuran Naxçıvan gənclərinin yanvar ayı ərzində yerli icra, qeydiyyat, probasiya orqanlarında və müvafiq instansiya məhkəmələrində mərhələli şəkildə könüllülük fəaliyyətinə başlaması nəzərdə tutulur.