Xəbərlər

Şərur Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Şərur Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Tədbir zamanı Şərur Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən (qeyd olunan zamanda) Mehdi Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər 2024-cü ilin iyul-avqust ayları ərzində Şərur Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.