Xəbərlər

Səbail Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Cari ilin 13 fevral tarixində Səbail Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Tədbir zamanı Səbail Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən (qeyd olunan tarixdə) Ağamalı Qafarov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər avqust-noyabr ayları ərzində Səbail Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.