Nəsimi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Nəsimi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Nəsimi Rayon Məhkəməsinin sədri İlqar Qaralov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər avqust-noyabr ayları ərzində Nəsimi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.