#LegalMeetUp layihəsi çərçivəsində Səbinə Əliyeva ilə görüş
“Femida Könüllüləri” Təşkilatının #LegalMeetUp layihəsi çərçivəsində növbəti görüş keçirilib.Görüşdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva təsisatın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Ölkəmizdə gənclərin inkişafı və #könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən Müvəkkil təsisatın fəaliyyətində könüllülərin də iştirak etdiyini, onların Aparatın müxtəlif struktur bölmələrində təcrübə prosesinə cəlb olunduğunu vurğulayıb. Ombudsman həmçinin öz təcrübəsi haqqında könüllülərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.