Xəbərlər

Könüllülər üçün seminar təşkil olunub

“Məhkəmə-hüquq sistemində vətəndaş müraciətlərinin qəbulu, təhlilinin ədalət mühakiməsində rolu” mövzusunda seminar keçirilmişdir.

14 oktyabr tarixində Femida Könüllüləri üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanov tərəfindən “Məhkəmə-hüquq sistemində vətəndaş müraciətlərinin qəbulu, təhlilinin ədalət mühakiməsində rolu” mövzusunda seminar keçirilmişdir. Könüllülər müzakirələrdə iştirak etmiş, sonda onların sualları cavablandırılmışdır.