Xəbərlər

“Könüllü Dialoq Platformu” çərçivəsində növbəti görüş

“Könüllü Dialoq Platformu” çərçivəsində növbəti görüş – “Femida Könüllüləri” ilə baş tutub.

Görüşdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova iştirak ediblər.

Görüş zamanı təşkilatın fəaliyyəti, könüllülərin ideya və təşəbbüsləri, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

“Könüllü Dialoq Platformu”nun əsas məqsədi — AKTİ-yə üzv könüllü təşkilatlarının könüllülərinin baxışlarını öyrənmək, onların təşəbbüslərini dinləmək və birgə fəaliyyət sahələrini müəyyənləşdirməkdir. Bu platforma könüllülər arasında daha sıx əməkdaşlıq və ideya mübadiləsini təşviq edən təşəbbüsdür.