II Hüquq Olimpiadasına təşkilatı dəstək göstərmiş Femida Könüllülərinin sertifikasiyası
Cari il yanvarın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilmiş tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasına təşkilatı dəstək göstərmiş Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Vəkillər Kollegiyası Akademiyasının rektoru
Əmir Əliyev və vəkil Vüsalə Muradxanlı çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Daha sonra könüllülərə sertifikatlar və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı təqdim olunub, xatirə şəkli çəkilib.