“Gənc hüquq müdafiəçiləri” layihəsi çərçivəsində təlimlər təşkil olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), “Femida Könüllüləri” Təşkilatı və ELSA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc hüquq müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin final mərhələsində iştirak etmək hüququnu qazanmış iştirakçıları üçün “Natiqlik bacarıqları” mövzusunda təlim təşkil olunub.Şagirdlərin natiqlik, şifahi çıxış və təqdimat bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini tətbiq etmək, həmçinin fikirlərini aydın və təsirli şəkildə ifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimin sonunda praktiki simulyasiya keçirilmişdir.